Yenifakt.info

Müstəqil xəbərlər portalı

Dünya

Suriyada atəşkəs qüvvəyə minib

suriya-herbiKerri atəşkəsi Suriyada vətəndaş müharibəsinə son qoymaq üçün son imkan adlandırıb

Suriyada atəşkəsin qüvvəyə minməsindən bir neçə saat sonra ABŞ dövlət katibi Con Kerri bildirib ki, bu, beş ildir davam edən vətəndaş müharibəsinə son qoymaq üçün son imkan ola bilər.

Suriya ordusu dövlət televiziyası ilə Qurban Bayramı axşamından etibarən atəşkəsin qüvvəyə mindiyini açıqlayıb. Lakin ordu rəsmisi bildirib ki, atəşkəsin silahlı qruplar tərəfindən hər hansı şəkildə pozulmasına dərhal cavab veriləcək.

Suriyada beş ildir davam edən müharibə humanitar böhrana yol açıb. Razılaşma Hələb şəhəri kimi yerlərə ərzaq və tibbi yardımın çatdırılmasına imkan verəcək. Rusiya xarici işlər naziri bildirib ki, Hələbə şimalda Kastello yolu ilə humanitar yardımın dərhal çatırılmasına başlanmalıdır.

Əgər əldə olunan razılaşma bir həftə davam etsə ABŞ və Rusiya İŞİD və Nusra militant qrupuna qarşı birgə əməliyyatlara başlayacaq.

İllərdir davam edən münaqişə nəticəsində Suriyada yüz minlərlə insan həlak olub, təxminən 12 miliyon insan evlərindən didərgin düşüb.

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir