Yenifakt.info

Müstəqil xəbərlər portalı

Dünya

“Mosulda sivillər ölüm təhlükəsindədir” – BMT-dən xəbərdarlıq

BMT-nin humanitar yardım koordinatoru xəbər verir ki, Mosulun azad edilməsi uğrunda gedən döyüşlərdə sivil əhali vurulur və əhali ölüm təhlükəsindədir. Lays Qrandenin BBC-yə verdiyi məlumata görə, İŞID döyüşlər zamanı dinc ailələri hədəf almaqdadır.

Şəhər əhalisinin əksəriyyəti su və elektirik kəsintisi ilə üz-üzə qalıb. İraq ordusu xəbər verir ki, onlar Şənbə günü İŞİD-ə qarşı həyata keçirilən hücumda uğur qazanıblar. Silahlı qüvvələrin bildirdiyinə görə, ordu İŞID-çilari hələ də İŞID nəzarətində olan Mosulun içəri şəhərindən çıxarmağa çalışıblar.

“Biz bilirik ki, İŞID üzvləri qaçmağa çalışdıqca dinc əhalini hədəf alır, bilirik ki, şəhərdə ərzaq çatışmalığı, su və elektrik problemləri mövcuddur. Bütün halları nəzərə alaraq deyirik ki, Mosulda və ətrafındakı ərazilərdə dinc əhalinin həyatı təhlükədədir”, – BMT koordnatoru bildirib.

Mosulun azad edilməsi uğrunda hərəkat başlananda bildirilmişdi ki, yanvar (2017) ayında bitəcək. Lakin tam nəzarət hələ ki, əldə edilməyib.

BMT indiyə qədər gedən döyüşlər nəticəsində 8000 dinc əhalinin öldürüldüyünü və yaxud yaralandığını desə də, bu statistika yalnız tibb mərkəzlərində alınan qeydlərə əsasən tərtib edilib.

İraq hökumətinin verdiyi məlumata görə isə 580000 əhali bölgəni tərk edib, onlardan 419000 nəfəri Mosulun qərbindəndir. Keçən ilin oktyabr ayından başlayan hücumlar nəticəsində minlərlə əhali Mosulu tərk edib. BMT nümayəndəsi Qrandenin bildirir ki, növbəti hücum daha ağır olacaq və belə halda dinc əhalinin həyatı risk altında qalacaq.

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir