Yenifakt.info

Müstəqil xəbərlər portalı

Dünya

Saakaşvilinin iqtisadi islahatlar modeli indi İndoneziyada tətbiq olunur

İki ildir ki, İndoneziyada hökümət məsləhətçisi işləyən Gürcüstanın keçmiş İqtisadiyyat və inkişaf naziri Vera Kobaliya “TV Priveli”-yə mühasibəsində İndoneziyadakı nailiyyətləri və gələcək planları haqqında danışıb. “İndoneziya Gürcüstandan və Avropanın digər ölkələrindən tamamilə fərqli bir regiondur. Mənim burada əsas missiyam ticarət mühitini yaxşılaşdırmaq olub, bununla yanaşı isə məhkəmə sisteminin və elektron sistemlərin tətbiqinin yaxşılaşdırılmasına, ticari bazanın açılmasına çalışmışıq, belə ki, İndoneziya uzun illər kifayət qədər qapalı ölkə olmuşdur.

Hal-hazırda mən orada olmasam da Gürcüstandan və ya başqa ölkədən elektron yolla onlarla əməkdaşlıq etməyə davam edəcəm, lazım gələrsə isə ora gedərəm. İki il ərzində biz İndoneziyanı ticari sahədə 109-cu sıradan 69-cu sıraya yüksəltdik. Biz bir sıra islahatlar hәyata keçirdik ki, bunlar da birbaşa Gürcüstan təcrübəsindən götürülmüş islahatlar idi. Bunlardan da biri Ədliyyə Palatasının yaradılması idi.

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir