Yenifakt.info

Müstəqil xəbərlər portalı

Dünya

ABŞ Krım Tatar Məclisinin qadağan olunmasına sərt reaksiya verib

mark-toner-300x169Rəsmi Vaşinqton Krım Tatar Məclisinin qadağan edilməsi ilə bağlı Rusiya  Ali Məhkəməsinin qərarını tanımayacaq.

Bunu ABŞ Dövlət Departamentinin sözçüsü Mark Toner bəyan edib.

“Biz Krım Tatar Məclisinin ekstremist təşkilatı kimi göstərilməsini rədd edirik və bu demokratik qurumun fəaliyyətinə qadağa qoyulmasını pisləyirik. Krımın işğalı davam etdikcə, Rusiyaya qarşı sanksiyalar qüvvədə qalacaq. Rusiya Krımı Ukraynaya qaytarmalıdır”, deyə M.Toner bildirib.Qeyd edək ki, sentyabrın 29-da Rusiya Ali Məhkəməsi Krım Tatar Məclisinin radikal təşkilat kimi tanınması və Rusiyada qadağan olunmasına dair  Krım Ali Məhkəməsinin qərarını təsdiqləyib.

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir