“Zeytun Budağı” Hərəkatının 50-ci günündə TSQ və ASO, Afrin şəhər mərkəzinin ətrafındakı kəndləri və təpələri ələ keçirib.
AFRİNƏ HAKİM YÜKSƏKLİKLƏR ƏLƏ KEÇİRİLDİ
Bu gün səhər saatlarında yenidən vüsət alan əməliyyatlar çərçivəsində çoxsaylı kənd terror təşkilatından təmizlənilib. Qarşıdurmalardan sonra irəliləyən TSQ və ASO gücləri, Afrin şəhər mərkəzinə hakim təpələri ələ keçirib.
Bir neçə kilometr məsafədə olan Afrin şəhər mərkəzinin artıq rahat görüldüyü hakim məqamlara çatmağın sevincini yaşayan Azad Suriya Ordusunun əsgərləri, artıq terrorçuların tamamilə bitməsinin an məsələsi olduğunu bildiriblər. Afrin şəhər mərkəzini görən yüksək mövqelərdə olduqlarını deyən ASO üzvləri, ən qısa zamanda TSQ-nin dəstəyi ilə Afrini də terror təşkilatı PYD/PKK-dan təmizləyəcəklərini qeyd ediblər.