ABŞ avqustun 6-da İrana qarşı yeni-iki mərhələli embarqoya başlayacaq.
Virtualaz.org xarici KİV-ə istinadən bildirir ki, ABŞ sabahdan İrana qarşı tətbiq olunan embarqoya dair iki mərhələli yeni bir qərarın ilk mərhələsinə start verəcək.
Embarqo daxilində İranın ABŞ dolları ilə alış-veriş etməsi qadağan ediləcək, ölkənin ən böyük gəlir mənbəyi olan neft ticarətinə zərbə vurulmaqla avtomobil ehtiyat hissələrinin ticarəti də məhdudlaşdırılacaq.