Yenifakt.info

Müstəqil xəbərlər portalı

Cəmiyyət

Mehman Hüseynovun anası vəfat etdi

Həbsdə olan bloger Mehman Hüseynovun anası Firəngiz Hüseynova 6 avqustda Neftçilər Xəstəxanasında ürək çatışmazlığından vəfat edib.
Mehmanın vəkilləri və vətəndaş cəmiyyətinin nümayəndələri blogerin anası ilə görüşünə icazə verməsi üçün Penitensiar Xidmətə müraciət etsələr də, icazə verilməyib.
Firəngiz Hüseynovanın daha bir övladı, hüquq müdafiəçisi Emin Hüseynov Azərbaycan vətəndaşlığından məhrum edilib. Hazırda İsveçrədə yaşayır.

AXCP sədri Əli Kərimli də Firəngiz Hüseynovanın vəfatı ilə bağlı başsağlığı verib və hakimiyyətin Mehman Hüseynovun anası ilə ölüm ayağında olarkən görüşünə imkan verməməsini pisləyib:

“Mehman və Emin Hüseynovların anası Firəngiz xanım oğul dərdi ilə gözlərini əbədi yumdu. Çox acı xəbər oldu. Namərdlər ona imkan vermədilər ki, ömrünün son günlərində övladları ilə görüşə bilsin. Mehman bəyin korrupsionerləri, oğruları ifşa etmәsi hakimiyyəti nə qədər incitmişdi ki, ona bu acını yaşatdılar? Bu ailəyə yaşatdıqlarının da əlbəttə, bir gün mütləq məsuliyyətini daşımalı olacaqlar. Allah Firəngiz xanıma rəhmət eləsin, Emin bəyə, Mehman bəyə səbr versin”.

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir