ABŞ lideri Donald Trampın YPG ilə bağlı türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğana verdiyi sözə güvənmək olmaz.
Muxalifet.az xəbər verir ki, bunu Rusiya Strateji Araşdırmalar İnstitutunun üzvü Vladimir Fitin deyib.
“Pentaqon belə, İŞİD-lə mübarizə bitməyənə qədər YPG-nin başçılıq etdiyi DSQ-ya yardımı kəsməyəcəyini bildirdi. ABŞ Suriyada qalmaq üçün heç bir əsası və hüququ yoxdur. Vaşinqton əlindəki imkanları itirməmək üçün hər şeyi edəcək”, – ekspert bildirib.
Qeyd edək ki, Türkiyə və ABŞ liderləri arasında telefon danışığı baş tutmuşdu.
Tramp müzakirə zamanı Ərdoğana YPG-yə yardımı dayandıracağını demişdi.
Yenifakt.info
Müstəqil xəbərlər portalı