Yenifakt.info

Müstəqil xəbərlər portalı

Xəbərlər

Zakir Qaralov Əli İnsanovun işi haqda

161992_res_01Azərbaycanın baş prokuroru Zakir Qaralov həbsdə olan sabiq səhiyyə naziri Əli İnsanov barəsində yeni cinayət işinin açılmasına münasibət bildirib.

Media-fakt.info Virtualaz.org-a istinadən məlumatına verir ki, baş prokuror jurnalistlərə deyib ki, Əli İnsanov cinayət törətdiyi üçün barəsində yenidən cinayət işi başlanıb: “Başlanmış cinayət işi üzrə nə demək olar? Cinayət törətməsə, cinayət işi də başlana bilməz. Cinayət törədibsə, istintaq olunmalıdır”.

Qeyd edək ki, həbsdə olan sabiq səhiyyə naziri Əli İnsanova Cinayət Məcəlləsinin (CM) üç maddəsi ilə ittiham irəli sürülüb. Sabiq nazir CM-in 234.1 (Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama), 315.2 (Hakimiyyət nümayəndəsinə xidməti vəzifələrini yerinə yetirərkən həyat və sağlamlıq üçün təhlükəli olmayan zor tətbiq etməklə müqavimət göstərmə, xidməti vəzifələrini yerinə yetirməsi ilə əlaqədar ona və ya onun yaxın qohumlarına qarşı belə zor tətbiq etmə və ya zor tətbiq etmə hədəsi ilə hədələmə, bu maddədə göstərilən şəxslərə qarşı həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etmə) və 317-2.1-ci (Cəzaçəkmə müəssisələrində və ya istintaq təcridxanalarında saxlanılan şəxs tərəfindən qadağan olunmuş əşyaların hazırlanması, saxlanılması, gəzdirilməsi, daşınması və ya istifadəsi, eyni əməllər təkrar törədildikdə) maddələri ilə ittiham olunur.

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir