Türkiyənin “Altınordu” klubunun 5 futbolçusu 17 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinə dəvət edilib.
“Report” klubun rəsmi saytına istinadən xəbər verir ki, futbolçularla bağlı qərarı İzmirdə təlim-məşq toplanışı zamanı yığmanın baş məşqçisi Vüqar Məmməd verib.
Daha öncə qapıçı Muhammet Can Tunceri yığmaya dəvət edən V.Məmməd bu dəfə Onur Taha Takır, Şahan Akyüz, Egehan Gök və Mutlu Aksu Doğanı heyətdə görmək istəyib. “Altınordu” klubunun prezidenti Seyit Mehmet Özkan adı çəkilən 5 oyunçunun Azərbaycan milli komandasının formasını geyinməsinə icazə verib.
Qeyd edək ki, həmin futbolçular yığmanın 14-21 oktyabrda Serbiyanın paytaxtı Belqradda keçirəcəyi təlim-məşq toplanışına qatılacaq.