Yenifakt.info

Müstəqil xəbərlər portalı

Dünya

Boşadığı arvadının evinə getdi, 8 nəfəri güllələdi – FOTOLAR

ABŞ-ın Missipi ştatındakı Linkoln şəhərində atışma nəticəsində 8 nəfər güllələnib. Mili.Az Associated Press-ə istinadən bildirir ki, bu barədə ABŞ-ın Federal Təhqiqat Bürosunun (FTB) yerli idarəsinin nümayəndəsi Uorren Streyn açıqlama verib. İnsanları gülləbaran edən 35 yaşlı qaradərili Uilli Kori Qodbolt tutulub.

Həlak olanlar arasında Linkoln dairəsinin şerifin Stiven Raşinqin müavini də var. Atışma üç evdə olub. İlkin məlumatlara görə, Qodbolt boşandığı arvadının evində olan uşaqlarını götürmək istəyib. Buna onun sabiq arvadının valideynləri və qonşular mane olmaq istəyəndə o, atəş açmağa başlayıb.

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir