ABŞ-ın Kiyevdəki səfirliyinin ərazisində partlayış olub.
“Report” Ukrayna KİV-inə istinadən xəbər verir ki, bu haqda Kiyev şəhər polis idarəsinin sözçüsü Oksana Blişik “Facebook” səhifəsində yazıb.
“ABŞ-ın Kiyevdəki səfirliyinin ərazisində törədilən partlayışı Ukrayna terror aktı adlandırıb”, – deyə sözçü yazıb.
Partlayış nəticəsində xəsarət alan olmayıb.
Məlumata görə, partlayış naməlum şəxsin səfirliyin ərazisinə partlayıcı qurğu atması nəticəsində baş verib.