Yenifakt.info

Müstəqil xəbərlər portalı

Bütün kateqoriyalar

Avropa Məhkəməsi əsasnaməsini dəyişdi- JURNALİSTLƏRİN ŞİKAYƏTİNƏ DAHA TEZ BAXILACAQ

Avropa İnsan Haqları Məhkəməsi (AİHM) bundan sonra jurnalistlərə aid şikayətlərə daha tez baxacaq. Gununsesi.info Avropa İnsan Hüquqları Məhkəməsinin rəsmi saytına istinadən bildirir ki, bununla bağlı məhkəmənin əsasnaməsinə dəyişiklik edilib.

Məlumata görə, dəyişiklik mətbuat azadlığı və jurnalistlərin şikayətləri ilə bağlıdır. Belə şikayətlərə daha tez baxılmasına üstünlük veriləcək.

Məhkəmə bu dəyişiklik çərçivəsində Avropa Konvensiyasında nəzərdə tutulmuş hansısa hüquqdan istifadə ilə bağlı həbsdə tutulan fərdlərin şikayətlərinə təcili baxacaq.

Belə şikayətlər 1-ci kateqoriyadan olan şikayətlər kimi dəyərləndiriləcək.

AİHM indiyədək sadəcə şikayətçilərin həyatı, sağlamlığı ilə bağlı risklər mövcud olduğunda onlara təcili baxırdı.

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir