Almaniya kansleri Angela Merkel iyulun 13-14-də Qırğızıstana gedir. Bu, Almaniya liderinin Orta Asiya ölkəsinə ilk səfəridir.
Merkel Qırğızıstan prezidenti Almazbek Atambaev-lə, parlament üzvləri, vətəndaş cəmiyyəti təmsilçiləriylə görüşəcək.
Kanslerlə Atambaev ikitərəfli, regional və beynəlxalq məsələləri müzakirə edəcəklər.
Martda Almaniyanın Xarici işlər naziri Frank-Walter Steinmeier Qırğızıstanda və Orta Asiyanın digər ölkələrində olub. O, terrorçuluq mübarizə, regional əməkdaşlıq və iqtisadi əlaqələri diqqətdə saxlayıb.