Böyük Bratinyanın funt-sterlinqi antirekordunu təzələyib. Fins.az-ın məlumatına görə, funtun məzənnəsi son 31 ildə ən aşağı həddə düşüb. Ucuzlaşmanın səbəbi Britaniyanın Avropa Birliyindən çıxması qərarından sonra bazar iştirakçılarının iqtisadi vəziyyətlə bağlı narahatlığının artmasıdır.
Nəticədə 1 funt sterlinq 1,2798 dollara enib ki, bu da əvvəlki ё1,3 dollarlıq minimumun yenilənməsi deməkdir. Referendumdan sonra Britaniyada iqtisadi sabitliyin pozulacağından narahat olan investorlar pullarını funtdan çıxararaq başqa, daha təhlükəsiz amktğivlərə, məsələn qızıla və ABŞ-ın dövləti istiqrazlarına yatırırlar. Yeri gəlmişkən, məhz buna görə son günlər qızılın qiyməti son iki ildə ən yüksək həddə çatıb.
ABŞ-ın dövlət istiqrazlarının gəlirliyi isə alıcıların artması səbəbindən son 10 ildə ən aşağı həddə illik 1,345%-ə enib. Yaponiyanın dövlət istiqrazlarının gəlirliyi isə ümumiyyətlə mənfiyə keçib – ildə – 0,275%.