Yenifakt.info

Müstəqil xəbərlər portalı

Bütün kateqoriyalar

Baş redaktor barəsində 3 aylıq həbs qətimkan tədbiri seçilib

 

Fikrət Fərəməzoğlu

Fikrət Fərəməzoğlu 10 il öncə cinayət məsuliyyətinə cəlb olunmuşdu

Jam.az saytının baş redaktoru Fikrət Fərəməzoğlu saxlanılıb. Bu barədə məlumatı yerli KİV Fərəməzoğlunun xanımına istinadən yayıb.

Onun sözlərinə görə, iyunun 30-da günorta mülki geyimli üç nəfər onun evinə gələrək jurnalistin noutbukunu götürüb. Onlar Fərəməzoğlunun saxlandığını bildiriblər və bunun səbəbini açıqlamayıblar.

Bəzi məlumatlara görə, Fərəməzoğlu DİN Baş Mütəşəkkil Cinayətkarlığla Mübarizə İdarəsində saxlanılır.

DİN və Baş Prokurorluğun mətbuat xidmətlərindən şərh almaq mümkün olmayıb.

Son məlumata görə, jurnalist haqda  3 aylıq həbs qətimkan tədbiri seçilib.

F.Fərəməzoğlu 10 il öncə cinayət məsuliyyətinə cəlb olunmuşdu. O zaman “24 saat” qəzetinin baş redaktoru olan Fərəməzoğlu DİN rəhbəri Ramil Usubovun şərəf və ləyaqətin qorunmasına dair iddiası üzrə şərti olaraq bir il azadlıqdan məhrum edilmişdi.

Jam.az saytı hər hansı konkret siyasi-ideoloji təmayülü ilə fərqlənmir. Saytda müxtəlif rütbəli məmurların və biznes nümayəndələrinin ünvanına kəskin tənqidi məqalələr yer alır. (Turan İA)

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir