Yenifakt.info

Müstəqil xəbərlər portalı

Bütün kateqoriyalar

“Hökumət böhrandan çıxmaq üçün heç bir proqram və qabiliyyətə malik deyil”

загруженоSon vaxtlar Azərbaycanda yerli istehsal müəssisələrinin bir-birinin ardınca bağlanması cəmiyyətdə ciddi narazılıq yaratmaqla yanaşı, onsuz da geniş olan işsizlər ordusunun bir qədər də genişlənməsinə səbəb olmaqdadır. Maraqlıdır, işsizlərin sayının getdikcə artması, yerli istehsal müəssisələrinin bağlanması nəticə etibari ilə ciddi etirazlara, aksiyalara səbəb ola bilərmi?

AXCP sədrinin müavini Gözəl Bayramlı proseslərin arzuedilməz məcrada inkişaf etdiyini təsdiqlədi:

“Onsuz da çox az olan yerli istehsal müəssisələrinin bir-birinin ardınca bağlanması işsizlər ordusunun sıralarına genişləndirəcək. Heç nə səbəbsiz deyil. Yarıtmaz idarəçilik, hökumətin böhrandan çıxmaq üçün heç bir proqramının və qabiliyyətinin olmaması, manatın devalvasiyası belə vəziyyət yaradıb. Bütün bunlar gözlənilən idi, sadəcə hökumət bunu qulaqardına vururdu. Narazılıq təbii ki, daha da artacaq. Dövlət vətəndaşına sahib çıxmasa, gərginliyin artması qaçılmazdır və bütün məsuliyyət hakimiyyətin üzərindədir. Ölkə iqtisadiyyatını neftdən asılı vəziyyətə gətirəndə, neft gəlirlərini gərəksiz layihələrə xərcləyib axırına çıxanda bunu düşünəcəkdilər”.

Seymur Əliyev

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir