Yenifakt.info

Müstəqil xəbərlər portalı

Bütün kateqoriyalar

Cahangir Hacıyevin həyat yoldaşı barədə həbs qərarı

Hacıyevin vəkili: “O xarici ölkə vətəndaşıdır, ekstradisiyası mümkün deyil” 

“Zamirə Hacıyeva barəsində çıxarılmış məhkəmə qərarı formal xarakter daşıyır”. Bunu APA-ya açıqlamasında Z. Hacıyevanın həyat yoldaşı Cahangir Hacıyevin vəkili Aqil Layıcov deyib. O bildirib ki, qərarın əsaslandırıcı hissəsində qeyd edilib ki, guya Z. Hacıyeva istintaqdan qaçıb gizlənib: “Zamirə Hacıyeva on ildən artıqdır, xarici ölkədə yaşayır və oranın vətəndaşıdır. O, xarici ölkə vətəndaşı olduğu üçün ekstradisiyası da mümkün deyil. Buna görə də həmin qərar formal xarakterlidir. Qərarda onun vəkili kimi adı qeyd olunan şəxs  də heç vaxt Zamirə Hacıyevanın vəkili olmayıb, onunla heç bir əlaqəsi yoxdur”.

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir