Yenifakt.info

Müstəqil xəbərlər portalı

Bütün kateqoriyalar

Azərbaycanda siyasi məhbusların vəziyyəti Strasburqda müzakirə olunacaq

Aprelin 9-da AŞPA-nın yaz sessiyası çərçivəsində iki komitə – Monitorinq və Hüquqi Məsələlər və İnsan Haqları komitələri Strasburqda Azərbaycanda siyasi məhbuslarla bağlı açıq dinləmələr keçirəcəklər. Bu barədə Turan-a dinləmələrdə məruzəçilərdən biri, hüquq müdafiəçisi Rəsul Cəfərov bildirib.

Hüquqi Məsələlər və İnsan Haqları Komitəsinin sədri, İslandiyadan olan deputat Torhildur Sunna həm də Azərbaycanda siyasi məhbuslar üzrə məruzəçidir.

“Dinləmələr siyasi məhbuslar üzrə məruzəçinin məlumatlandırılması və məsələnin ictimai müzakirəsinin təşkili kontekstində keçirilir,”- o qeyd edib.

Rəsul Cəfərov, Sülh və Demokratiya İnstitunun direktoru, hazırda Hollandiyada mühacirətdə olan Leyla Yunus və REAL Partiyasının sədri İlqar Məmmədov (SKYPE vasitəsi ilə) çıxış edəcəklər. Bununla yanaşı, Azərbaycanın rəsmi mövqeyi ilə bağlı Milli Məclisin AŞPA-da daimi nümayəndə heyətinin üzvü çıxış edəcək.

“Bu dinləmələr uzun müddətdir bir problemə çevrilən, ölkənin və cəmiyyətin maraqlarına böyük zərbə olan siyasi məhbus probleminin həlli istiqamətində bəlkə yaxşı bir imkan ola bilər. Mənim əsas çağırışım ondan ibarət olacaq ki, həbsdə qalan 70 nəfər siyasi məhbus da hüquqi mexanizmlərdən istifadə edilərək siyasi iradə nümayiş etdirilərək azadlığa buraxılsın,” – R.Cəfərov qeyd edib.

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir