Yenifakt.info

Müstəqil xəbərlər portalı

Bütün kateqoriyalar

Salyanda yol polisi qəza törətdi: 2 ölü, 4 yaralı

Virtualaz.org-un əldə etdiyi ən son məlumata görə, qəza nəticəsində 2 nəfər ölüb, 4 nəfər xəsarət alıb. Xəsarət alanlardan daha biri Yol polisi əməkdaşıdır.
Qəza zamanı ağır xəsarətlərlə Salyan Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilənlərlərin 4-ü də koma vəziyyətindədirlər.
Artıq onların kimliyi dəqiqləşdirilib:
1.Məmmədyarov Natiq Mehdi oğlu,1988-ci il təvəllüdlü YPX-əməkdaşı, sürücü
2.Sadıqov Ülvi Səməd oğlu, 1987-ci il təvəllüdlü YPX–əməkdaşı
3.Davudov Elçin Raci oğlu,1988-ci il təvəllüdlü, “Mercedes”in sərnişini, Bakı şəhər sakini
4.Əhmədov Allahverdi Ağaəli oğlu, 1950-ci il təvəllüdlü,—Bakı şəhəri, Bakıxanov qəsəbə sakini
Dünyasını dəyişmiş 2 nəfərin şəxsiyyətini dəqiqləşdirmək hələlik mümkün olmayıb.
***
Son məlumata görə, qəza nəticəsində 5 nəfər yaralanıb. Onlardan ikisi bu dəqiqələrdə xəstəxanada dünyasını dəyişib.
Ölənlərin və yaralanan digər şəxslərin kimliyi dəqiqləşdirilir.
***
Ələt-Astara avtomobil yolunun Salyan rayonunun Yenikənd kəndindən keçən hissəsində patrul xidməti aparan DYP –nin BMV markalı avtomaşını yüksək sürətlə hərəkətdə olarkən qarşıdan gələn “Mercedes” markalı avtomaşınla toqquşub.
Hadisə nəticəsində 4 nəfər xəsarət alıb. Xəsarət alanlardan biri DYP xidmətinin 27 yaşlı əməkdaşı Məmmədyarov Natiq Mehdi oğludur. O, baş nahiyəsindən ağır xəsarətlər alıb
Yaralılar Salyan Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər.
Faktla bağlı araşdırmalara başlanılıb.

 

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir