“Sovetski” ərazisinin yenidən qurulması layihəsi çərçivəsində avtonəqliyyat vasitələrinin hərəkəti üçün müvəqqəti açılan Nərimanov prospekti və Abdulla Şaiq küçəsində təmir işləri davam etdirilir.
“Azəravtoyol” ASC-nin məlumatına görə, təmir işləri ilə əlaqədar iyunun 7-dən sözügedən küçə və prospektdə avtomobillərin hərəkəti tam məhdudlaşdırılacaq. Məhdudlaşdırma təmir işləri bitənədək davam edəcək Sürücülərə təmir işləri bitənədək hərəkət istiqamətlərinə uyğun olaraq alternativ yollardan istifadə etmək tövsiyə olunur.