Yenifakt.info

Müstəqil xəbərlər portalı

Cəmiyyət

AXCP fəalını 7 il həbs etmək istəyirlər

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində AXCP gənclər təşkilatının üzvü Fuad Əhmədlinin işi üzrə proses davam edib.

Dovlət ittihamçısı çıxış edərək onun 7 il azadlıqdan məhrum edilməsini istəyib.

Xatırladaq ki, F. Əhmədli 2016-cı ilin avqustunda həbs olunub. O, operator işlədiyi “Azerfon” şirkətində (Nar Mobile) bir neçə nəfərin şəxsi məlumatlarını başqasına ötürməkdə ittiham olunur.
Ancaq məhkəmə zamanı bu ittihamlar öz təsdiqini tapmayıb və istintaqın “zərərçəkən” kimi tanıdığı şəxslər müttəhimə heç bir iddia irəli sürməyiblər.

“Zərərçəkənlər”dən biri Məhəmməıd Quliyev özü dələduzluq ittihamı ilə axtarışda olub və belə bir adamın ifadəsinə inanmaq olmaz, vəkil Əsabəli Mustafayevhesab edir.

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir