Yenifakt.info

Müstəqil xəbərlər portalı

Hadisə

11 maşının akkumulyatorlarını oğurlayanlar tutuldu – Tərtərdə

Tərtər rayon mənzil istehsalat-təmir istismar sahəsinin rəhbərliyi cari il may ayının 26-dan 30-dək olan müddətdə oranın qazanxanasından 2 ədəd qızdırıcı, 2 su mühərriki, 6 ədəd elektrik açarı və 100 metr elektrik naqilinin oğurlanması barədə Rayon Polis Şöbəsinə müraciət ediblər. DİN-dən Avtosfer.az-a verilən məlumata görə, RPŞ-nin rəisi, polis polkovniki Rauf Məcidovun rəhbərliyi ilə yaradılmış əməliyyat qrupu tərəfindən aparılan təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində oğuruğu törətməkdə şübhəli bilinən şəhər sakini Fariq Məmmədov tutulub. Ətrafında aparılan tədbirlərlə onun ötən ilin iyunundan cari ilin aprelinədək olan müddətdə rayon ərazisində “VAZ” markalı 11 avtomobildən akkumulyatorlarını oğurlamaları, həmçinin bu əməlləri həmyerliləri olan Şəhriyar Səlimzadə və Elmdar Süleymanzadə ilə birgə törətdiyi də müəyyən edilib. Sonrakı əməliyyat tədbirləri ilə Ş.Səlimzadə və E.Süleymanzadə də tutulublar. Saxlanılan zaman Şəhriyarın üzərindən 1,89 qram narkotik vasitə olan marixuana da aşkar edilərək götürülüb.

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir