Yenifakt.info

Müstəqil xəbərlər portalı

Cəmiyyət

Xətai Rayon Məhkəməsi sayt redaktorunu azad etmədi

 

Xətai Rayon Məhkəməsi sayt redaktorunu azad etmədi

İyunun 7-də Xətai Rayon Məhkəməsi “Bakupress” saytının rəhbəri, narkotik maddələrin qanunsuz dövriyyəsində təqsirləndirilən Şəfəq Ağacanın ev dustaqlığı ilə bağlı müraciətini təmin etməyib.

Jurnalistin müraciətinə səhhətinin ağırlaşması səbəb olub.

Belə ki, Şəfəq Ağacanın övladı Facebook səhifəsində yazıb ki, iyunun 5-də axşam saatlarında Kürdəxanı İstintaq Təcridxanasında anasının səhhətinin yenidən ağırlaşıb.

“İyunun 5-də saat 20:00-00:00 arasında səhhəti yenidən ağırlaşan baş redaktor Şəfəq Ağacan saxlanıldığı Kürdəxanı İstintaq Təcridxanasında komaya düşüb. Penitensiar Xidmət həkimlərinin müdaxiləsilə Şəfəq Ağacanı komadan çıxarmaq mümkün olub. Anam Şəfəq Ağacan istintaq müddətində dəfələrlə ölümlə üz-üzə qalsa da, Penitensiar Xidmətin həkimləri onu həyata qaytara bilib. Səhhətinin yaratdığı ağır vəziyyətə görə ev dustaqlığı ilə bağlı təqdim etdiyimiz müraciətə iyunun 7-də saat 11:30-da Xətai Rayon Məhkəməsində baxılacaq”, – o yazıb.

Bununla bağlı hələlik Penitensiar Xidmətdən şərh almaq mümkün olmayıb.

Mayın 3-də Xətai Rayon Məhkəməsi narkotik vasitələrin satışı ilə məşğul olmaqda təqsirləndirilən Şəfəq Ağacanın barəsində 3 aylıq həbs qətimkan tədbiri seçib.

Ş. Ağacan mayın 1-də həbs olunub. Polisin onu paytaxtın Nərimanov rayonunda, 5 saylı xəstəxananın qarşısında narkotik maddə satarkən tutduğu açıqlanıb. İddia olunur ki, sayt rəhbəri çəkisi 311 qramdan çox olan qurudulmuş marixuananı 100 ABŞ dolları və 1830 manata satarkən yaxalanıb.

Ş.Ağacan ittihamları qəbul etmir, psixotrop tərkibli dərman satışıyla əlaqədar araşdırmalarına görə şərləndiyini deyir.

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir