İŞİD rəhbərliyi qruplaşmanın üzvlərinə sosial şəbəkələrdən istifadəni qadağan edib.
Bu barədə yayılan bəyanatda deyilir ki, sosial şəbəkələr İŞİD-çilərin, əsasən də hərbi birləşmələrin yerini müəyyənləşdirməyə kömək edə bilər.
Qeyd edək ki, Suriya və İraqın İŞİD-in nəzarətində olan bölgələrində iki ildən artıqdır ki, “Apple” avadanlıqlarından istifadə qadağan edilib.