Almaniya kansleri Angela Merkel Avropa Birliyinin yüksək səviyyəli rəhbərləri ilə birlikdə Türkiyəyə səfər edəcək.
Axar.az xəbər verir ki, Merkel Baş nazir Əhməd Davudoğlu ilə görüşəcək. Bundan əlavə, o, Kilis vilayətindəki miqrant düşərgəsini və xəstəxanaları da ziyarət edəcək.
Xatırladaq ki, Türkiyə və Avropa Birliyi arasında əldə olunan razılığa əsasən, miqrant böhranına görə AB 2018-ci ilə kimi rəsmi Ankaraya 6 milyard avro ödəyəcək.