Yenifakt.info

Müstəqil xəbərlər portalı

Bütün kateqoriyalar Cəmiyyət Dünya Gündəm Hadisə İctimai Siyasət Xəbərlər

Üç gün ərzində İran səfirinin Hikmət Hacıyevlə ikinci görüşü

Sentyabrın 15-də Azərbaycan prezidentinin beynəlxalq məsələlər üzrə köməkçisi Hikmət Hacıyevin İran səfiri Seyid Musavi ilə ikinci görüşü olub.

İlk görüş sentyabrın 13-də olmuşdu, onun məzmunu haqda konkret heç nə deyilmədi. Lakin aydın idi ki, söhbət Bakının etirazına rəğmən, Qarabağa yanacaq daşıyan yük maşınlarından gedib.

Səfirlə ilk görüşdən sonra vəziyyət dəyişməyib və iranlılar Qarabağa getməkdə davam ediblər. Sentyabrın 15-də azərbaycanlı hərbçilər iki iranlı sürücünü faktiki olaraq həbs edərək onların məsuliyyətə cəlb ediləcəyini bildiriblər.

Şübhə yoxdur ki, İran səfiri ilə son söhbətin mövzusu da məhz bu vəziyyət olub.

Səfirin özünə gəlincə,  Tvitterdəki hesabında yazıb: “İsti diskussiyalarımız zamanı cari vəziyyəti və gələcək xoş münasibətlərimizi, həmçinin qarşılıqlı maraq doğuran digər məsələləri nəzərdən keçirdik”.

Turan.az

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir