Yenifakt.info

Müstəqil xəbərlər portalı

Xəbərlər

Neft Fondu oktyabrda 460 milyon itirib

neft-fondu-300x200Azərbaycan Dövlət Neft Fondu (ARDNF) 2016-cı ilin oktyabr ayında investisiya portfelində yer alan valyutaların məzənnələrinin dollarla müqayisədə ucuzlaşması və qızılın qiymətinin düşməsi səbəbindən 460 mln. ABŞ dolları məbləğində zərər edib.

Ən çox zərər avronun dollarla müqayisədə ucuzlaşması səbəbindən yaranıb. Belə ki, USD/EUR məzənnəsinin düşməsi ARDNF-in 278 mln. dollardan çox zərər etməsinə səbəb olub. Fondun zərər etdiyi aktivlər arasında 2-ci sıranı Britaniya funtu tutur. Bu valyutada aktivlər 93 mln. dollara yaxın zərərə səbəb olub. Üçüncü sırada isə qızıl aktivləri gəlir ki, burada Fondun zərəri 40,5 mln. dollara yaxındır. Yaponiya yenində zərər 11,6 mln. dollar, Türkiyə lirəsində 12,1 mln. dollar, Koreya vonunda 12,3 mln. dollar, Çin yuanında 7,3 mln. dollar, Rusiya rublunda 3,3 mln. dollar, Avstraliya dollarında isə 1,4 mln. dollar təşkil edib. (Report)

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir