Yenifakt.info

Müstəqil xəbərlər portalı

Bütün kateqoriyalar

AXCP sədrinin müavini ölümlə hədələnir

gozelbayramli1AXCP sədrinin müavini Gözəl Bayramlı ölümlə hədələnib. Bu barədə o özü “Azadlıq”a məlumat verib. G.Bayramlının sözlərinə görə, tanımadığı şəxs ona 050 393 34 68 nömrəsindən zəng edərək hədələyib: “Zəng edən şəxs kobud şəkildə məndən “nə yazırsan” deyə soruşdu. Ondan özünü təqdim etməyi soruşanda “gələndə biləcəksən, ünvanını de” cavabını verdi, sonra da tərbiyyəsizlik edib qışqırmağa başladı. Telefonu söndürdüm, yenə bir neçə dəfə zəng etdi. Soruşdum məni təhdid edirsən, dedi “bəli””.

G.Bayramlı bundan sonra zənglərə cavab vermədiyini və 102 xidmətinə zəng etdiyini bildirib.

DİN hələ də Gözəl Bayramlıya cavab verməyib

“Bu gün açıq nömrədən mənə zəng edərək “nə yazırsan?” deyə açıqca ölümlə hədələyiblər və dərhal bu barədə Daxili İşlər Nazirliyinin 102 xidmətinə məlumat vermişəm. Həmin xidmətdən mənə bildiriblər ki, bir azdan əməkdaşlarımız sizinlə əlaqə yaradacaqlar. Məlumat verərkən AXCP sədrinin müavini olduğumu da bildirmişəm. 4 saatdan çox keçməsinə baxmayaraq hələ də Daxili İşlər Nazirliyi bu məsələyə reaksiya verməyib”.

Bu sözləri bü gün ölümlə hədələnən AXCP sədrinin müavini Gözəl Bayramlı Facebook səhifəsində yazıb. AXCP yetkilisi daha sonra bildirib: “Bandotdel”ə çağırılıb “Nardaran işi” ilə bağlı məhkəmə prosesindən yazmamağım, Fuad Qəhrəmanlı və Tale Bağırzadəni müdafiə etməməyim, sərt yazılar yazmamağım tələb olunduqdan sonra bu gün ölümlə təhdid olunmağım sıradan bir məsələ deyil. Mən siyasi fəaliyyətimə, yazılarıma görə təhdid olunuram, DİN isə hələ də susur. Ölümlə təhdid olunmağımla DİN-in hələ də susması arasında mütləq bir əlaqə mövcuddur”.

AXCP sədri Əli Kərimli müavini Gözəl Bayramlının təhdid olunmasına münasibət bildirib. Əli Kərimli facebook səhifəsində yazır:

“Müavinim, olduqca fədakar, mübariz, prinspial siyasətçi Gözəl xanım Bayramlını bu gün 050 393 34 68 nömrəsindən zəng edərək ölümlə hədələyiblər. Gözəl xanım hədədən dərhal sonra 102 xidmətinə zəng vurub, rəsmən şikayət edib, hansı nömrədən hədələndiyini polisə bildirib. Saatlar keçib, hələ hansısa tədbirin görülməsi haqqında bir xəbər yoxdur. Nə baş verir? Cinayətkar niyə yaxalanmır, yoxsa biz artıq dövlət terroru ilə üz-üzə qalmışıq? Açıq nömrədən siyasətçi xanımı ölümlə hədələyən cinayətkar cəzalandırılmayacaqsa, hesab edəcəyik ki, o, rəsmi qurumların tapşırığını yerinə yetirib. Cənablar, buyurun, sübut edin ki, cinayətkarı siz özünüz təlimatlandırmamısınız, onu himayə etmirsiniz”.

azadlıq.info

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir