Yenifakt.info

Müstəqil xəbərlər portalı

Bütün kateqoriyalar

“Ölkəmizin sərvətlərindən vətəndaşlarımızı xəbərdar edək”Neftçala rayon

 

Bərabər İmkanlar Mərkəzi

Ölkəmizin sərvətlərindən vətəndaşlarımızı xəbərdar edək” layihəsi çərçivəsində

Neftçala rayonunda sonuncu tədbirini keçirdi.

Bərabər İmkanlar Mərkəzi İctimai Birliyi Azərbacan Respublikasının Prezidenti Yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyilə həyata keçirdiyi “Ölkəmizin sərvətlərindən vətəndaşlarımızı xəbərdar edək” layihəsi çərçivəsində 28 oktyabr 2016-cı il tarixində Neftçala rayonunda maarifləndirici tədbir keçirdi.14859289_1451712201523382_243845180_o14813213_1451712301523372_495270843_o

Sessiyada rayonun dövlət idarələrinin əməkdaşları, həmçinin muzey, kitabxana və təhsilt işçiləri iştirak etdilər. Neftçala rayonu 4 saylı tam orta məktəbdə keçirilən tədbirdə və rayon icra hakimiyyətinin məsul işçisi Fərid Eyvazov iştirak etdi.

Layihə rəhbəri Rafiq Təmrazov iştirakçıları salamladıqdan sonra Azərbaycanda neft gəlirlərinin istismarı prizmasından başlayaraq Azərbaycanda neftin işlənməsiylə paralel olaraq Şəffaflıq Təşəbbüsünün meydana gəlməsindən danışdı. Eyni zamanda bu təşəbbüsün ölkə üçün önəmini qeyd edərək layihənin aktuallığını əsaslandırdı. Qeyd olundu ki, Azərbaycan hökumət səviyyəsində bu prosesdə qalmaqda maraqlıdır və 3 gün əvvəl Qazaxıstanın Astana şəhərində Beynəlxalq İdarə Heyətinin qərarıyla ilə ölkəmiz namizəd ölkə statusunu qoruyub saxlaya bilmişdir.

Sonra layihə rəhbəri öz çıxışına indiyədək istismardan əldə olunan gəlirlər və xərclənən vəsaitlə bağlı məlumat verməklə başladı. Qeyd olundu ki, bu günədək neft istismarından 135 milyard dollar əldə edilmişdir ki, onun 100 milyarda yaxını xərclənmişdir. Xərcləmələr zamanı Qaçqın və Məcburi Köçkünlərin məişət şəraitinin yaxşılaşdırılmasına, infrastruktur layihələrinə, o cümlədən nəqletmə zamanı çəkilmiş olan Bakı-Tbilisi-Ceyhan neft kəmərinin tikintisinə sərf edilməsi və dövlət büdcəsinə tranferlərin həyata keçirilməsi qeyd olundu. X.Kazımov öz çıxışında şəffalıq təşəbbüsünün mahiyyəti haqqında bir daha məlumat verərək prosesə ictimai nəzarətin həyata keçirilməsinin əhəmiyyətini qeyd etdi. Qeyd olundu ki, Azərbaycan Şəffaflq təşəbbüsünə quşulan ilk ölkələrdən olmaqla ən çox -18 hesabat vermişdir. Xüsusi olaraq əhalinin məlumatlılığının təmin olunması üçün Neft Fondunun, QHT koalisiyasının, Hökumət Komissiyasının və əlaqədar strukturların saytları qeyd olundu. X.Kazımov eyni zamanda hesabatlılıq və şəffaflıüqla yanaşı səmərəlilik prinsipini də xüsusi vurğuladı və bildirdi ki, xərcləmələrin nə dərəcədə səmərəli olmasını vətəndaşlar qiymətləndirə bilərlər və bunun üçün təşəbbüskarlıq da lazımdır.

Daha sonra söz alan QHT Koalisiyasının Şura üzvü Elşən Nağıyev daha çox Şəffaflıq sahəsində ixtisaslaşan və vətəndaş cəmiyyətini təmsil edən QHT koalisiyasının fəaliyyətini qeyd etdi. O, öz çıxışında koalisiyanın əsas fəaliyyətinin ictimai iştirakçılıq, vəkillik, maarifləndirmə, özünü inkişaf etdirmə və s. olduğunu bildirərək son bu tədbiri də məhz bu tipli addım adlandırdı. S.Allahverdiyeva sonda koalisiyanın tərkibi, idarə olunması haqqında da məlumat verdi.

Koalisiyanın Şura üzvü sonda Şəffaflıq Təşəbbüsünün əsas mahiyyətini təşkil edən və qərarverici struktur olan Çoxtərərfli Qrup (ÇQ) haqqında öz bilgilərini paylaşdı. O, həm hökumətdən, həm şirkətlərdən, həm də vətəndaş cəmiyyətindən eyni sayda (hər tərəfdən 6 nəfər) nümayəndənin təmsil olunduğu ÇQ-da qərarların konsensusla qəbul olunduğunu və bütün məsələlərlə bağlı əsas qərar verdiyini bildirdi.

Daha sonra tədbir qarşılıqlı müzakirələr şəklində davam etdirildi. Belə ki, iştirakçılar onları maraqlandıran məsələlərlə bağlı suallar və təkliflər verdilər.

Bərabər İmkanlar Mərkəzi

İctimai Birliyinin Mətbuat Xidməti

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir