Mahaçqala sakini Umarbutt Mirzoyev Suriyaya silahlılara qoşulmağa cəhddə ittiham olunaraq 5 il azadlıqdan məhrum edilib.
“Report” TASS-a istinadən xəbər verir ki, bunu Dağıstan Prokurorluğunun təmsilçisi bildirib.
Məlumata görə, U.Mirzoyev 2015-ci ilin dekabrında Suriyaya gedərək silahlılara qoşulmaq istəyib: “O, 2016-cı ilin yanvarında Türkiyə-Suriya sərhədində Türkiyə hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılaraq Rusiyaya deportasiya edilib”.