Yenifakt.info

Müstəqil xəbərlər portalı

Dünya Siyasət

Avstraliya da rusiyalı diplomatları qovur

Avstraliya rusiyalı diplomatları qovan ölkələrin cərgəsinə qoşulub. Bir gün öncə bəzi ölkələr Britaniyada rusiyalı keçmiş casusun zəhərlənməsinə cavab olaraq rusiyalı diplomatları ərazilərindən çıxardıqlarını açıqlayıblar.

London keçmiş casus Sergei Skripal və qızı Yulia-nın sinir qazıyla zəhərlənməsinə görə məsuliyyəti Moskvanın üzərinə qoyub.

Rusiya isə Skripal və qızının zəhərlənməsinə aidiyyatı olmadığını bildirir, diplomatlarını qovan ölkələrə cavab veriləcəyini bildirir.

ABC News xəbər verir ki, Avstraliyanın baş naziri Malcolm Turnbull Britaniya və digər ölkələrlə həmrəylik nümayişi olaraq iki rusiyalı diplomatın ölkədən çıxarılacağını bildirib. Bəyanatda bu diplomatların Rusiya kəşfiyyatının əməkdaşları olduğu qeyd olunur. Ölkəni tərk etməyə onlara bir həftə vaxt verilib.

Rusiyalı diplomatlarla bağlı tədbir görən ölkələr bunlardır:

  • Birləşmiş Ştatlar 60 rusiyalı diplomatı çıxarır; Sietldəki Rusiya konsulluğu qapadılır.
  • Britaniya 23 rusiyalı diplomatı ərazisindən çıxarıb.
  • Kanadadan dörd diplomat çıxarılıb; 3 əlavə diplomat yeri üçün ərizələrə rədd cavabı verilib.
  • Ukrayna 13 diplomatı qovur.
  • Almaniya, Fransa və Polşa hərəyə dörd diplomatı qovurlar.
  • Çexiya Respublikası, Litva hərəsi üç diplomatı çıxarır.
  • İspaniya, Niderland, Danimarka, İtaliya, Albaniya və Avstraliya – bu ölkələrin hər birindən iki rusiyalı diplomat çıxarılır.
  • Macarıstan, İsveç, Xorvatiya, Rumıniya, Finlandiya, Norveç, Estoniya, Latviya, Makedoniya – hər ölkədən bir rusiyalı diplomat qovulur. (azadliq.org)

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir