İranın Ali Məhkəməsi ölüm cəzasına məhkum edilmiş iş adamı Babək Zəncaniyə dair çıxarılan edam hökmünü qüvvədə saxlayab.
Mart ayında milyarder sanksiyalardan yan keçməklə neft ixracından əldə edilən vəsaitləri mənimsəməkdə təqsirkar tanınıb.
Məhkəmə hökmunə qarşı apellyasiya şikayəti verilə bilər.
Məhkum 2013-cü ildə, Mahmud Əhmədinejadın hakimiyyətdə olduğu dövdrə keçirilən əməliyyat gedişatında həbs olunub.
Milyarder Türkiyə, Birləşmiş Ərəb Əmirlikləri və Malayziyadakı şirkətləri vasitəsilə İrana məxsus milyonlarla barel neftin ixrac edildiyini boynuna alıb.
Prokurorlar onu dövlət adından satılan neftdən əldə edilmiş 2,7 milyard dolları mənimsəməkdə ittiham edirlər.
Həbsindən əvvəl cənab Zəncani deyirdi ki, beynəlxalq sanksiyalara görə o, hökumətə borclu olduğu 1,2 milyard dolları qaytara bilməyib.
Aralarında prezident Həsən Ruhani də olan bir sıra rəsmi hökmə qarşı çıxıb. Onlar hesab edirlər ki, Zəncani edam edilsə nə pulu qaytarmaq, nə də ki milyardçını dəstəkləyən şəxslərin kimliyini müəyyənləşdirmək mümkün olacaq.
Babək Zəncani ilə birlikdə mühakimə olunan iki şəxsə kəsilən ölüm cəzası ləğv edilib.
14 milyard dollarlıq sərvətın sahibi olduğu deyilən cənab Zəncani, ölkənin ən zəngin iş adamlarından biri sayılır.