“BMT Təhlükəsizlik Şurasında islahatlar aparılmalıdır”.
“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan BMT Baş Assambleyasının 73-cü sessiyasında çıxışı zamanı bildirib.
“Bu gün BMT Təhlükəsizlik Şurası əslində beş daimi üzvün əlində bir alətə çevrilib, digər xalqların isə mənafelərinə etinasız yanaşır. Artıq dünya II Dünya müharibəsindən sonrakı dünya deyil. Niyə BMT Təhlükəsizlik Şurasında 194 ölkənin hamısı əvəzlik prinsipi ilə daim təmsil olunmasın?” – o deyib.