Yenifakt.info

Müstəqil xəbərlər portalı

Xəbərlər

Cəlilabadda yollardan yazan jurnalist həbs edilib

celilabad1-300x197Noyabrın 22-də polis Cəlilabad rayonunda (Bakıdan 211 kilometr cənub) fəaliyyət göstərən “azel.tv” xəbər saytının təsisçisi və baş redaktoru Əfqan Sadıqovu həbs edib.

Jurnalistin anası Hülnisə Sadıqova Amerikanın Səsinə bildirib ki, Ə.Sadıqov Qazax rayonunda saxlanılıb, oradan Cəlilabada gətirilib.

Rayon məhkəməsi Ə.Sadıqovun barəsində 3 aylıq həbs qətimkan tədbiri seçib. Jurnalist Cinayət Məcəlləsinin 127-ci maddəsi ilə (qəsdən sağlamlığa az ağır zərər vurma) təqsirli bilinir.

Ana bildirib ki, Ə.Sadıqov qohumunu Qazaxdan Gürcüstana yola saldıqdan sonra saxlanılıb. Ana övladının həbsinin bilavasitə fəaliyyəti ilə bağlı olduğunu deyib.

“Dəfələrlə ona xəbərdarlıq etmişdilər ki, yazmasın. Elə hey deyirdilər ki, tərif yaz. Əfqan da onların dediyinə əməl etmədi, həbs etdilər”.

Anasının sözlərinə görə, bir neçə həftə əvvəl Ə.Sadıqovu Cəlilabad Rayon İcra Hakimiyyətinə çağırıblar: “Orda öyrədilmiş bir qadın üstünə hücum çəkib, dava-dalaş salmağa cəhd göstərib. Bunu da dərhal sənədləşdirib cinayət işi açıblar”, o qeyd edib.

H.Sadıqova noyabrın 24-də polis şöbəsinə getsə də, oğluyla görüşə icazə verməyiblər: “Mənə xəbər çatdırdılar ki, onu içəridə incidirlər” .

Son zamanlar, xüsusilə daşqınlar zamanı saytda Cəlilabaddakı yolların durumu, icra hakimiyyətinin gərəkli addımlar atmaması geniş işıqlandırılıb.

Cəlilabad Rayon İcra Hakimiyyəti hələ jurnalistin həbsinə münasibət bildirməyib.

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir