Yenifakt.info

Müstəqil xəbərlər portalı

Xəbərlər

Qanunsuz ağackəsməyə görə cəzalar sərtləşdirildi

agac-kesmek-300x169Milli Məclisin iclasında Meşə Məcəlləsinə dəyişikliklər edilməsi haqqında qanun layihəsi müzakirə olunub.
Təklif olunan layihəyə əsasən yaşıllıqların məhv edilməsinə görə cəzalar sərtləşdirilir.
Təklif edilən dəyişikliyə əsasən, meşələrdə və ya xüsusi mühafizə olunan ərazilərdə ağacların, kolların və ya digər yaşıllıqların, eləcə də meşə fonduna daxil olmayan yaşıllıqların qanunsuz kəsilməsi xeyli miqdarda ziyan vurduqda beş min manatdan yeddi min manata qədər miqdarda cərimə tətbiqinə səbəb olacaq.
Və ya iki ilədək müddətdə islah işləri və ya üç ilədək müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə iki ilədək müddətdə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.

İndiki qanunvericilikdə qeyd olunan əməllərə görə 2 500 manatdan 3500 manatadək miqdarda cərimə və ya 2 ilədək müddətdə azadlıqdan məhrumetmə nəzərdə tutulur.

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir