Yenifakt.info

Müstəqil xəbərlər portalı

Dünya

“Polşa Avropa İttifaqından çıxa bilər” – Donald Tusk

“Polşa hökuməti Avropa İttifaqı tərəfindən maliyyələşdirilmənin dayandırılacağı təqdirdə, təşkilatdan çıxmaq üçün tədbirlər görə bilər”.
“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu Avropa Şurasının sədri, Polşanın keçmiş baş naziri Donald Tusk bildirib.
Onun sözlərinə görə, hakim “Hüquq və Ədalət” Partiyası üçün Avropa İttifaqına üzvlüyün əsas faydası vəsaitlər almaqdır və maliyyə ayrılacağı təqdirdə, Varşava Aİ-nin tərkibində qalacaq.
Qeyd edək ki, Avropa Komissiyası (AK) artıq iki ildir Varşava tərəfindən aparılan məhkəmə islahatını tənqid edir. AK bu islahat çərçivəsində qəbul edilmiş 13 qanunun hüququn aliliyi prinsiplərini pozduğunu və siyasi hakimiyyətə məhkəmə hakimiyyəti üzərində nəzarət verdiyini hesab edir.

 

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir