Yenifakt.info

Müstəqil xəbərlər portalı

Hadisə

“ATA Bank” 1-ci qrup əlilin əmlakını satıb- pulunu mənimsəyib…

Azərbaycanda bankların bir çoxunun soyğunçuluqla məşğul olduğu, yüksək faizlərlə vətəndaşları və iş adamlarını ağır borc girdabına saldığı, hətta əmlaklarını, yaşadıqları evləri belə əllərindən aldığına dair çox yazılıb. Aparılan təhlillər də göstərir ki, ölkədə real iqtisadiyyatını inkişafının, məşğulluğun təmin olunmasının, həyat səviyyəsinin yüksəldilməsinin qarşısındakı əsas maneələdən biri məhz bankların soyğunçu siyasətidir.Bu məsələ ölkə rəhbərliyi, parlament səviyyəsində də müzakirə olunub, bankların fəaliyyətində əsaslı dönüş yaradılmasının zəruriliyi vurgulanıb.  Ancaq yüksək faizlə böyük qazanc əldə etməyə öyrəşmiş bank sahibləri bu siyasətlərindən imtina etmək niyyətində deyillər. Müştərisinin əlində nəyi var almaq, bəzi bank sahiblərinin başlıca fəaliyyətinə çevrilib. Bu zaman qarşısındakı vətəndaşın ağır duruma düşməsini belə nəzərə almırlar.Elə “AzPolitika.info” saytına müraciət edən Ziya Bünyadov 48 c, mənzil-4 -də yaşayan I-ci qrup əlil Nuriyev Xəyyam Vilayət oğlu da belə bir vəziyyətlə üzləşdiyini bildirir.  “AtaBank” ASC-nin rəhbərliyi onun ağır vəziyyətə düşməsindən istifadə edərək yüksək dəyərə malik əmlakını ələ keçirdiyini, sonra rəsmi sənədlərdə çox ucuz qiymətə sataraq, bütün vəsaiti mənimsədiyini iddia edir.   Onun şikyətini olduğu kimi dərc edirik:“Məlumat üçün bildirmək istəyirəm ki, mən Nuriyev Xəyyam Vilayət oğlu 16.04.2013-cü il tarixdə “AtaBank” ASC –dan 48 ay müddətinə 200.000 (iki yüz min) manat məbləğində kredit götürmüşəm. Kredit götürməkdə məqsədim kiçik bizneslə məşğul olmaq olub.Bankdan kredit götürəndən təxminən 40-45 gün sonra böyrəklərimdə ciddi problemlər yarandı, təcili böyrək köçürmək əməliyyatına məruz qaldım. 3 il müddətində günlərim xəstəxanalarda kecdi, bu müddətdə 2 dəfə (İran və Türkiyədə) üzərimdə böyrək köçürmə əməliyyat aparıldı.Bu səbəbdən “AtaBank”-a kredit borcumu vaxtında qaytara bilmədim. “ATABank” ASC rəhbərliyi borcumu vaxtında qaytarmadığım üçün məhkəməyə müraciət etdi. Bütün məhkəmə qətnamələrinə uyğun olaraq mənə məxsus ikimərtəbəli 252,9 m² qeyri-yaşayış sahəsi hərraca çıxarılaraq satıldı.Mənim “AtaBank”-a 200.000 (iki yüz min) manat əsas 56.700 (əlli altı min yeddi yüz) manat faiz borcum əmələ gəlmişdir. Mənim əmlakımın dəyəri real bazar qiymətinə görə təxminən 700.000-800.000 manat çivarında idi.“AtaBank” ASC rəhbərliyi hərracdan əvvəl mənə yazılı müraciət edərək bildirmişdir ki, əmlakıma 650.000 (altı yüz əlli min) manata alıcı tapıblar (məktub əlavə olunur), mən isə həmin qiymətdən imtına etmişdim.Ancaq “AtaBank” ASC rəhbərliyi mənə məxsus qeyri-yaşayış sahəsini hərracdan real dəyərindən üç dəfə aşağı qiymətə 264.000 (iki yüz altmış dörd min) manata özününküləşdirmişdir.“AtaBank” ASC borclu olduğum 200.000 əsas + 56.700 faiz = 256.700 manat borcuma görə hərracdan 264.000 manata aldığı əmlakımı 3-cü şəxsə rəsmi olaraq 373.000 manata, faktiki 450.000 manata satmışdır.Hətta bu rəsmi satışdan mənə çatası olan 109.000 (yüz doqquz min) manatı da mənə verməmişdir və vermək istəmir.Əlavə onu da bildirmək istəyirəm ki, mənə məxsus ikimərtəbəli qeyri-yaşayış sahəsinin altıındakı 165,3 m² torpaq sahəsinin başqa şəxsə məxsus olmasına baxmayaraq “ATABank” ASC ƏMDK yanında DƏDRX-nin Bakı şəhər Ərazi idarəsinin əməkdaşları ilə əlbir olaraq həmin torpaq sahəsini də qanunsuz olaraq satmışdır.Mən 2018-ci ildə yenidən 3-cü dəfə böyrək köçürmə əməliyyatına məruz qalmışam, Azərbaycanda məndən başqa 3 dəfə böyrək köçürmə əməliyyatı keçirən olmayıb.Bildiyimə və eşitdiklərimə görə ölkəmizdə elə Bank tapıla bilməz ki, I-ci qrup əlinin (əlillik vəsiqəsi əlavə olunur) 3 dəfə böyrəyi dəyişilən cavan bir insanın əmlakını əlindən alıb satasan, həmin satışdan pul qazanasan, başqasına məxsus torpaq sahəsini sahibinin xəbəri olmadan başqasına satıb pul qazanasan – bu özbaşınalığı, Allahsızlığı heç bir kəs etməz.Bunu ancaq “AtaBank” ASC İdarə Heyətinin sədri Dəyanət Quliyev edə bilərdi və etdi.Onu da bildirmək istəyirəm ki, bu haqsızlığa son qoymaq üçün məhkəmələrə müraciət etmişəm. Dəyanət Quliyevin gücü, müdaxiləsi nəticəsində yenə haqsızlığa məruz qalmışam.Sizlərdən xahiş edirəm “AtaBank” ASC İdarə Heyətinin sədri Dəyanət Quliyev tərəfindən mənə qarşı olan bu amansız zülmə öz insani köməkliyinizi göstərəsiniz, bəlkə sonra bəzi aidiyyatı Dövlət qurumları bu zülmü eşidərək öz münasibətlərini bildirərlər”.

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir