Gürcüstanın Dövlət Təhlükəsizlik Xidməti (DTX) paytaxt Tbilisinin Monaxa Qabriela Salosi küçəsində terrorçulara qarşı xüsusi əməliyyat keçirib.
Bu barədə Gürcüstanın DTX-nin sözüçüsü Nino Georqobiani məlumat verib.
O deyib ki, əməliyyat zamanı 4 nəfər terrorçudan 3-ü məhv edilib:
“Məhv edilən terrorçuların arasında çeçen əsilli beynəlxalq axtarışda olan Rusiya vətəndaşı Əhməd Çatayev də var. Əməliyyat zamanı Əhməd Çatayev də daxil olmaqla 3 nəfər terrorçu məhv edilib, Şoaifa Borziyev adlı Rusiya vətəndaşı isə sağ ələ keçirilib. Ş.Borziyevin verdiyi ifadəyə görə, terrorçular Yeni il bayramı ərəfəsində Gürcüstan və Türkiyədə, o cümlədən ABŞ-ın Gürcüstandakı səfirliyinin binasında qanlı terror aktları törətməyi planlaşdırıb”./olke.az