Yenifakt.info

Müstəqil xəbərlər portalı

Dünya Xəbərlər

Özbəkistanda 2 min 700 məhkum əfv olunub

Özbəkistan prezidenti Shavkat Mirziyoev əfv fərmanı imzalayıb. Dövlət mediası bunu ölkə tarixində məhkumların ən böyük əfvi adlandırır.

Dekabrın 7-də imzalanmış fərmanla 2 min 700 məhkum əfv edilib, onlardan 956 nəfəri həbsdən buraxılacaq. Digərlərinin cəzası ya şərti olub, ya da başqa səbəblərdən həbsdə olmayıblar.

Dekabrın 8-də Özbəkistan konstitusiyasının 25 illiyini qeyd edir. Əfv də bu tarixi hadisə ərəfəsində imzalanıb.

Mirziyoev 2016-cı ilin sentyabrında, avtokrat lider Islam Karimov-un ölümündən sonra hakimiyyətə gəlib. O vaxtdan bir neçə jurnalist, siyasətçi, insan haqları qruplarının “siyasi məhbus” saydığı şəxslər azadlığa buraxılıb.

Human Rights Watch (HRW) insan haqları təşkilatı oktyabrda bildirib ki, Mirziyoev-in hakimiyyətdə olduğu bir il ərində “bəzi müsbət addımlar” atılıb və qurum insan haqları sahəsində “əsaslı” dəyişikliyə çağırıb.

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir