Bakı meriyası mayın 25-31-də Nizami küçəsinin (keçmiş Torqovaya) vətəndaşlar üçün bağlı olacağı barədə bu gün KİV-lərin birində yayılmış məlumatı təkzib edib.
Meriyanın mətbuat katibi İsrafil Kərimov məlumatı təkzib edərək onu “təxribat” adlandırıb.
“Bu məlumat təxribat xarakteri daşıyır”, – o qeyd edib.
Xatırladaq ki, məhdudiyyətin qoyulması mayın 29-da Bakıda keçiriləcək Avroliqanın final matçına əcnəbi turistlərin və qonaqların axını ilə izah edilib.