Yenifakt.info

Müstəqil xəbərlər portalı

Hadisə

“Rabitə işi” üzrə hökmün elan edilməsi sabaha qaldı

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində mənimsəmədə və vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə təqsirləndirilən keçmiş Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) bir qrup vəzifəlisinin işi üzrə iclas baş tutmayıb.

Nazirliyin sabiq Aparat rəhbəri Vidadi Zeynalov, “Aztelekom” MMC-nin sabiq baş direktoru Məhəmməd Məmmədov, “Bakı Telefon Rabitəsi” İstehsalat Birliyinin sabiq rəhbəri Beytulla Hüseynov, “Bakı Telefon Rabitəsi” İstehsalat Birliyinin baş mühasibi Anar Mustafayev, “AzİnTelekom” MMC-nin sabiq baş direktoru Cəlil Cəfərov, “Azərpoçt” MMC-nin sabiq baş direktoru Qəmbər Bəybalayev, “Optik Rabitə, Tikinti və Quraşdırma” MMC-nin keçmiş baş mühasibi Səhrab Hümbətov, həmçinin Emin Məmmədov, “Bakı Rabitə Təmir Tikinti” və “Təmir Təchizat Servis” MMC-lərinin direktoru Bayram Vəliyev, “Optik Qurğular” İdarəsinin rəisi Namazəli Məmmədov və “Aztelekom” MMC-nin baş mühasibi Oktay Rüstəmovun cinayət işi üzrə Əfqan Hacıyevin sədrliyi ilə keçirilməli olan proses sabaha təyin olunub.

Ötən gün hakimlər kollegiyası məhkəmə iclasını bu günə təyin edərək müşavirəyə yollanıb. Lakin hakimlər müşavirdə olduqları üçün proses iyulun 27-nə təxirə salınıb.

Məhkəmədən bildirilib ki, sabah iclasda hökm oxunacaq.(virtualaz)

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir