Yenifakt.info

Müstəqil xəbərlər portalı

Month: Yanvar 2019

İran prezidenti: “İnternetə mane olmaqla səhv etmişik”

“Xalqın ümumi tələblərinə qarşı mübarizə aparmaq nə doğru, nə hüquqi, nə də qanunidir”.Bunu İran prezidenti Həsən Ruhani Terhranda ölkənin rabitə və informasiya texnologiyaları naziri Məhəmmədcavad Azəri Cəhromi və nazirliyin əməkdaşları ilə keçirdiyi toplantıda bildirib.O, ölkədə internetə məhdudiyyət qoymaqla səhvə yol…

Hakimiyyət birdən-birə Mehman Hüseynovun gənc olduğunu və humanizm prinsiplərini yadına salıb

Bazar ertəsi dövlət başçısının hüquq-mühafizə və hərbi məsələlər üzrə köməkçisi Fuad Əsəsgərov hakimiyyətin Mehman Hüseynovu azad etməyə hazır olduğuna, daha dəqiq desək, ona qarşı yeni cinayət işinin açılmayacağına işarə edib. Mehman Hüseynovun onun işində ədalətin bərpa edilməsilə bağlı dövlət başçısına…

Daha iki siyasi fəalın Binəqədi təcridxanasında olduğu deyilir

“Daha iki fəal inzibati cəza alaraq Binəqədi Müvəqqəti Saxlama Təcridxanasına göndərilib”. Bu barədə Azərbycan Xalq Cəbhəsi Prtiyasından bildiriblər. Verilən məlumata görə, AXCP üzvləri Bəxtiyar İmanov və Ruslan Əmirov 20 sutka alaraq Binəqədi təcridxanasına göndərilib: “Biz, hələ vəkillər olmadığı üçün bu…

Avropa Şurasında Mehman Hüseynovun işi ilə bağlı dinləmələr

“Biz Azərbaycanda bloger Mehman Hüseynovun aclıq etməsindən həddindən artıq narahatıq. Onun işini diqqətlə izləyirik və hakimiyyəti onu dərhal və qeyd-şərtsiz azad etməyə çağırırıq. Həmçinin, bütün digər siyasi məhbusları dərhal azad etməyə çağırırıq”. Bu barədə bazar ertəsi AŞPA-nın Monitorinq Komitəsinin məruzəçisi…

Avropa Parlamentinin Mehman Hüseynovun işi üzrə qətnaməsi

Yanvarın 17-də Avropa Parlamentinin 533 deputatı “Azərbaycanda Mehman Hüseynovun işi” adlı qətnamənin “lehinə” olub. 28 deputat əleyhinə olub. Qətnamə layihəsi Avropa Parlamentinə ALDE qrupunun 23 deputatı tərəfindən çıxarılıb. Onlar Azərbaycanda insan hüquqlarının, demokratiya və qanunun aliliyinin pozulması hallarının, xüsusilə Mehman…

Ailə üzvləri Mehman Hüseynovla görüşə buraxılmayıb

1 saylı Bakı İstintaq Təcridxanasında saxlanılan bloger Mehman Hüseynova yanvarın 15-də ailə üzvləri ilə görüşə icazə verilməyib. Bu barədə Mehman Hüseynovun məcburi mühacirətdə olan qardaşı Emin Hüseynov bildirib. Onun sözlərinə görə, atası özünü pis hiss etdiyinə görə görüşə qardaşının həyat…

Azərbaycanda supermarketə silahlı basqın: xəsarət alan var

Azərbaycanda supermarketə silahlı basqın olub. “Qafqazinfo”nun verdiyi xəbərə görə, “Bazarstore” marketlər şəbəkəsinin Abşeron rayonu, Hökməli qəsəbəsində yerləşən filialına gələn maskalı şəxs silahla kassiri hədələyərək pul tələb edib.Mağazanın mühafizəçiləri və müdir müavini Famil Babayev həmin şəxsə müdaxilə edərək zərərsizləşdirmək istəyiblər. Silahlı şəxs…

Məhbus xanımı Litvada aksiya keçirib

Məhbus xanımı Litvada aksiya keçiribAksiyada Mehmana və digər siyasi məhbuslara azadlıq tələb olunubHəbs olunan azərbaycanlı mühacir Azad Həsənovun xanımı Təranə Həsənova həm öz həyat yoldaşına telefon danışığının və görüşün icazə verilməməsinə, həm də, Mehman Hüseynova dəstək üçün Litvada Azərbaycan səfirliyi…

Avropa Parlamentinin deputatı Mehman Hüseynovu azad etməyə çağırıb

“Biz bloger Mehman Hüseynovun işini diqqətlə izləyirik, çünki vəkillər onun adından yayılan müraciətdən təəccübləniblər. Mən Mehman Hüseynovun qeyd- şərtsiz azadlığa buraxılmasına çağırıram”, – Avropa Parlamentinin deputatı Petras Austrevicius özünün Twitter mikrobloqunda yazıb. Qeyd edək ki, yanvarın 17-də Avropa Parlamenti təcili…

Müdafiə Ssnayesi Nazriliyi ləğv edildi

Prezident İlham Əliyev Müdafiə Sənayesi Nazirliyinin əsasında “Azərsilah” Açıq Səhmdar Cəmiyyətinin (ASC) yaradılması haqda yanvarın 14-də Fərman imzalayıb. Bu bardə AZƏRTAC-ın yaydığı məlumatda deyilir. Fərmana əsasən, “Azərsilah” ASC yardılmasdan məqsəd dövlət idarəetmə strukturunu optimallaşdırmaq, müdafiə sənayesinin inkişafının dayanıqlılığını təmin etməklə…