Yenifakt.info

Müstəqil xəbərlər portalı

Siyasət

Avropa Parlamentinin Mehman Hüseynovun işi üzrə qətnaməsi

Avropa Parlamentinin Mehman Hüseynovun işi üzrə qətnaməsi

Yanvarın 17-də Avropa Parlamentinin 533 deputatı “Azərbaycanda Mehman Hüseynovun işi” adlı qətnamənin “lehinə” olub. 28 deputat əleyhinə olub.

Qətnamə layihəsi Avropa Parlamentinə ALDE qrupunun 23 deputatı tərəfindən çıxarılıb. Onlar Azərbaycanda insan hüquqlarının, demokratiya və qanunun aliliyinin pozulması hallarının, xüsusilə Mehman Hüseynovun işinin müzakirəsini xahiş ediblər.

2019/2511 saylı qətnamədə deyilir ki, Avropa Parlamenti demokratiya, insan hüquqları və qanunun aliliyi ilə bağlı Azərbaycan üzrə əvvəlki qətnamələri, hərtərəfli saziş üzrə Aİ-Azərbaycan danışıqları, həmçinin Avropa Şurası insan hüquqları komissarının və İnsan Hüquqları Komitəsinin, Avropa Şurasının bloger Mehman Hüseynovun işi bəyanatlarını diqqətə alır.

Bununla əlaqədar Avropa Parlamenti blogerin təqib olunmasını, onun ikiillik cəzasının daha 5-7 il uzadılması ilə məqsədilə yeni uydurma ittihamların irəli sürülməsini pisləyir.

Sonra qətnamədə fəallara (Qiyas İbrahimov, Bayram Məmmədov, İlkin Rüstəmzadə), jurnalistlərə (Xədicə İsmayılova) qarşı repressiyalara, vəkillərin hüquqlarının pozulmasına, qanunvericiliyə mürtəce düzəlişlər, “Azadlıq” radiosu da daxil olmaqla, müstəqil KİV-in fəaliyyətinin bloklanması, həmçinin AİHM-in qərarı ilə müxalifətçilərə və jurnalistlərə kompensasiya ödənilməsindən hakimiyyətin imtina etməsinə dair faktlar sadalanır.

Bu fonda Azərbaycan hakimiyyəti Avropa Şurasının bəzi üzvlərini ələ alıb ki, həmin pozuntulara görə öz ünvanına olan tənqidləri yumşaltsın.

Aİ və Azərbaycan arasındakı əməkdaşlıq prinsiplərindən irəli gələrək Avropa Parlamenti tələb edir:

Mehman Hüseynov dərhal və qeyd-şərtsiz azadlığa buraxılsın, qurum hakimiyyəti yeni ittihamları aradan qaldırmağa çağırır və onun səhhətilə bağlı narahatlığını bildirir;

2. Azərbaycanda özgəfikirliliyə son qoyulmasına, jurnalistlər, hüquq müdafəçiləri və digər fəallar: Əfqan Muxtarlı, İlkin Rüstəmzadə, Rəşad Ramazanov, Seymur Həzi, Qiyas İbrahimov, Bayram Məmmədov, Araz Quliyev, Tofiq Həsənli, İlgiz Qəhrəmanov, Əfqan Sadıqov daxil olmaqla, bütün siyasi məhbusların dərhal və qeyd-şərtsiz azadlığa buraxılmasına çağırır.

3. Xədicə İsmayılovaya qarşı yeni cinayət ittihamından narahatlığını ifadə edir və onun təqib olunmasına və qorxudulmasına son qoyulmasına çağırır;

4. Həbs müddətində fiziki zorakılıq və işgəncələrə dair hüquq müdafiəçilərinin məlumatları ilə bağlı narahatlığını bildirir;

5. Təkidlə Azərbaycan hakimiyyətini vətəndaş cəmiyyətinin müstəqil qruplarının fəaliyyət imkanlarının təmin edilməsinə, onların fəaliyyətini məhdudlaşdıran qanunların ləğvinə çağırır.

Bank hesablarının dondurulmasına, xarici maliyyələşdirmə ilə bağlı onlara imkan yaradılmasına çağırır.

6. Məhkəmə hakimiyyətinin müstəqilliyinə zəmanət verməyə və vəkilləri müdafiə etməyə çağırır, siyasi məhbusları müdafiə etməmək üçün vəkillərin kənarlaşdırılmasını pisləyir;

7. Azərbaycan hökumətini AİHM qərarlarına riayət etməyə, Venesiya Komissiyasının, insan hüquqları komissarının tövsiyələrini, hüquq müdafiəçilərilə bağlə BMT prosedurlarını yerinə yetirməyə, assosiasiya, dinc toplaşma, fikrin ifadə olunması hüququnu təmin etməyə çağırır;

8. Azərbaycanı qanunvericilikdə və praktikada mətbuat azadlığına hörmətlə yanaşmağa, beynəlxalq standartlara uyğun olaraq ifadə azadlığına zəmanət verməyə, hökumətin tənqidinə senzuraya son qoymağa, müstəqil KİV-ə, o cümlədən “Azadlıq” radiosuna çıxış imkanlarını bərpa etməyə çağırır.

9. Azərbaycanda LGBT-nin durumu ilə bağlı narahatlığını bildirir və hakimiyyəti LGBT ilə çalışan hüquq müdafiəçilərinə əngəl törətməməyə və qorxutmamağa çağırır;

10. Azərbaycanda insan hüquqlarının posulması ilə bağlı tənqidlərin qarşısını almaq üçün Avropa Şurası üzvlərinin Azərbaycanın Avropada qərar qəbul edən şəxslərə qanunsuz təsir etmək cəhdlərində iştirakı faktları ilə bağlı narahatlığını bildirir;

11. Avropa İttifaqı və Azərbaycan arasında tərəfdaşlıq haqqında yeni saziş demokratik islahatları, qanunun aliliyini, düzgün dövlət idarəçiliyini, insan hüquqlarına və əsas azadlıqlara hörmətlə yanaşılmasını əhatə etməlidir;

12. Avropa Şurası, Avropa komissiyası və vitse-prezidenti Mehman Hüseynovun və digər siyasi məhbusların azadlığa buraxılmasını Aİ və Azərbaycan arasında dialoq zamanı, yeni saziş üzrə danışıqlarda mərkəzi məsələyə çevirməyə çağırır, Aİ vəzifəli şəxlərini Azərbaycanda insan hüquqlarının vəziyyəti ilə bağlı narahatlıqlarını bildirməyə çağırır.

13. Aİ nümayəndə heyətlərini və Azərbaycandakı üzv dövlətləri vətəndaş cəmiyyətinin və insan hüquqlarının dəstəklənməsini davam etdirməyə çağırır.

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir