Baş Prokurorluq “prezident seçkiləri zamanı cinayət xarakterli məlumatları” araşdıracaq İşçi Qrupu yaradıb. Bu barədə baş prokuror Zakir Qaralov Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun (DTİHB) müşahidə missiyasının rəhbəri Korin Yonkeri qəbul edərkən bildirib.
O, cinayət xarakterli informasiya dedikdə nəyi nəzərdə tutduğunu açıqlamayıb. Həmçinin bununla bağlı hansı tədbirlərin görüləcəyini deməyib.
Görünür, hakimiyyət sosial şəbəkələrdə tənqidçi ovuna çıxıb. Prokurorluq Youtube və Facebook-da yazıları izləyəcək, hökuməti tənqid edənləri təqib edəcək.