Avropa insan hüquqları komissarı Dunya Miyatoviç REAL Partiyasının lideri İlqar Məmmədovun azadlığa buraxılması barədə məhkəmə qərarını alqışlayıb.
“İlqar Məmmədovun azadlığa buraxılması xəbəri rahatverici haldır. Mən Azərbaycan hakimiyyətini ona qarşı bütün ittihamları, o cümlədən ölkədən çıxışına qoyulan qadağanı aradan qaldırmağa çağırıram.
Azərbaycan insan haqları üzrə öz öhdəliklərini dəstəkləməlidir və tənqidi fikirlərinə görə həbsdə olan bütün şəxsləri azad etməlidir”, – D.Miyatoviç vurğulayıb.