Yenifakt.info

Müstəqil xəbərlər portalı

Cəmiyyət

Daha iki siyasi fəalın Binəqədi təcridxanasında olduğu deyilir

Daha iki siyasi fəalın Binəqədi təcridxanasında olduğu deyilir

“Daha iki fəal inzibati cəza alaraq Binəqədi Müvəqqəti Saxlama Təcridxanasına göndərilib”. Bu barədə Azərbycan Xalq Cəbhəsi Prtiyasından bildiriblər.

Verilən məlumata görə, AXCP üzvləri Bəxtiyar İmanov və Ruslan Əmirov 20 sutka alaraq Binəqədi təcridxanasına göndərilib: “Biz, hələ vəkillər olmadığı üçün bu iki fəalın Bakının hansı rayon məhkəməsi tərəfiindən inzibati cəzaya məhkum edildiyini müəyyən edə bilmirik”, partiyadan belə bildiriblər.

Xatırladaq ki, Milli Şuranın 19 yanvar mitinqindən öncə və eləcə də yanvarın 20-də Şəhidlər Xiyabanına ziyarət zamanı “insident” yaranması səbəbilə bir qrup siyasi fəal saxlanılıb.

Yanvarın 21-də isə Yasamal rayon məhkəməsində siyasi fəallardan 6 nəfərin, Suraxanı rayon məhkəməsində isə 1 nəfərin məhkəmə prosesi olub. Siyasi fəallar 10 sutkadan 25 sutkaya qədər inzibati cəzaya məhkum edilib, bir nəfərə isə isə 200 manat cərimə cəzası verilib.

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir