“Biz bloger Mehman Hüseynovun işini diqqətlə izləyirik, çünki vəkillər onun adından yayılan müraciətdən təəccübləniblər. Mən Mehman Hüseynovun qeyd- şərtsiz azadlığa buraxılmasına çağırıram”, – Avropa Parlamentinin deputatı Petras Austrevicius özünün Twitter mikrobloqunda yazıb.
Qeyd edək ki, yanvarın 17-də Avropa Parlamenti təcili qaydada Mehman Hüseynovun işilə bağlı qətnamə qəbul etməyi planlaşdırır.
Bloger Mehman Hüseynov ona qarşı yeni cinayət işinə etiraz olaraq dekabrın 26-dan aclıq edir.