Prezident İlham Əliyev Müdafiə Sənayesi Nazirliyinin əsasında “Azərsilah” Açıq Səhmdar Cəmiyyətinin (ASC) yaradılması haqda yanvarın 14-də Fərman imzalayıb. Bu bardə AZƏRTAC-ın yaydığı məlumatda deyilir.
Fərmana əsasən, “Azərsilah” ASC yardılmasdan məqsəd dövlət idarəetmə strukturunu optimallaşdırmaq, müdafiə sənayesinin inkişafının dayanıqlılığını təmin etməklə yanaşı, həm də Azərbaycanın regionda silah istehsal edən əsas sənaye mərkəzlərindən birinə çevrilməsinə nail olmaqdır.
Sənədə görə, ASC-nin qabaqcıl texnologiyaları tətbiq etməklə Azərbaycanda silah istehsalını, ixracını, onların ölkə daxilində və xaricdə satışının təşkilini həyata keçirən və s. işləri yerinə yetirən kommersiya hüquqi şəxs kimi müəyyən edilib.
Cəmiyyətin fəaliyyətinə ümumi rəhbərliyi və nəzarəti üç üzvdən -ölkə Prezidentinin vəzifəyə təyin və vəzifədən azad etdiyi İdarə Heyətinin sədrindən və onun iki müavinindən ibarət İdarə Heyəti həyata keçirəcək.
Fərmana əsasən, Nazirlər Kabinetinə üç ay müddətində bu fərmandan irəli gələn məsələləri yerinə yetirmək tapşırılır.
Fərmanda deyilir ki, sənədə əsasən, “Azərsilah” ASC “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” qanunla müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alındığı günədək Müdafiə Sənayesi Nazirliyi öz fəaliyyətini davam etdirəcək.
Xatırladaq ki, Azərbaycan müdafiə Sənayesi nazirliyi 2005-cui ilin dekabrında yaradılıb və ölkənin müdafiəsi ilə bağlı istehdsalı həyata keçirib.