Yenifakt.info

Müstəqil xəbərlər portalı

Dünya

Livan sərhəddi İŞİD-dən təmizləndi

Livan ordusu “Dağların şəfəqi” adlı əməliyyatla ölkə sərhəddini İŞİD terrorçularından təmizləyib.

“Qaynarinfo” xarici mediaya istinadən xəbər verir ki, Livan ordusu 19 avqustda başlayan əməliyyatların yekunlaşması barədə təşkil edilən mətbuat konfransında məlumat verib. Çox sayda yerli və xarici jurnalistin iştirak etdiyi konfransda “Son İŞİD üzvünün dünən axşam saatlarında Livandan ayrılması ilə əməliyyatlar yekunlaşdı və sərhəd təhlükəsizliyimizi təmin etdik. Əsgərlərimiz sərhəd xəttinin vacib yerlərində qərarlaşıblar” deyilib.

Bölgədə minadan təmizlənmə və yeni yollar salma prosesi davam etdirilir.

Qeyd edək ki, son günlərdə İŞİD və Livan ordusu arasında razılaşma əldə edilmişdi. İŞİD əsirliyində olan 9 Livan əsgərinə qarşılıq olaraq terror qrupuna Suriyanın Deyrizor bölgəsinə getməyə icazə verildi.

Əməliyyatlarda 6 Livan əsgəri ölüb, 17 əsgər isə yaralanıb.

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir